0
Monday 16 December 2019 - 11:16

ABŞ səfirliyi İsrail casuslarını aradan çıxarır

Story Code : 833014
ABŞ səfirliyi İsrail casuslarını aradan çıxarır
Livanın “Əl-Əxbar” qəzeti xəbər verir ki, ABŞ-ın Beyrutdakı səfiri İsrailin əsas casusu sayılan Amir Əl-Faxurini Livandan qaçırmaq istəyir. Amerikalılar Əl-Faxurinin xərçəng xəstəliyinə tutulmasını bəhanə edərək onu ölkədən çıxarmağa səy göstərir. Əl-Faxurinin həkimi isə onun heç bir xəstəliyi olmadığını və xəstəlik iddiasının bəhanə olduğunu bildirib.
Əl-Faxuri “Əl-Xəyyam həbsxanasının qəssabı” adı ilə məşhurdur. Livanın cənubu İsrailin nəzarətində olduğu zaman Əl-Faxuri sionist rejimin bu ərazidəki həbsxanasının rəisi işləyib. Əl-Faxuri 2000-ci ildə Livanın cənubu azad olandan sonra işğal olunmuş Fələstin ərazisinə qaçıb və İsrail vətəndaşlığını qəbul edib.
Source : IslamTimes
Tagged
livan