QR CodeQR Code

Asan xidmət hicablı qadınların hüququnu niyə pozur?

Facbook , 16 Dec 2019 17:09

İslamtimes - Məsələ belə olduğu halda yaylıqlı qadınlara bu qanunsuz tələb nədən xəbər verir?



ASAN Xidmət çətinləşdirir demirik, amma asan olanın da qarşısını alır. Həm də bunu vətəndaşların hüququnu pozaraq edir. Və həmin vətəndaşlar Azərbaycan dövlətinin iştirakçısı olduğu konvensiya və beynəlxalq hüquq normalarından məhrum edilir. Amma ASAN xidmət bunu əsaslandıra da bilmir. Çünki vətəndaşlara hər zaman hüquq çərçivəsində xidmət göstərən qurum bu dəfə vətəndaşların birbaşa hüquqlarını pozaraq göstərmədiyi xidmətə "don geyindirə" bilmir.

Yaylıqla şəkil çəkdirilməsinə qarşı çıxan qurum nəinki konstitusiya, həmçinin dünyanın mütləq əksəriyyətinin, eləcə də Azərbaycan dövlətinin tərəfdar çxıdığı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarını heçə sayır. Bəli, ASAN xidmətdə innovativ yeniliklər, vətəndaşlara xidmətdə hər zaman tətbiq olunan yenilənmiş siyasət sırf ölkə sakinlərinin razılığına, xarici ölkə vətəndaşlarına qarşı əvvəllər yönəlmiş süni əngəllərin isə aradan qaldırılmasına hədəflənib.
Məsələ belə olduğu halda yaylıqlı qadınlara bu qanunsuz tələb nədən xəbər verir? Ölkə əhalisinin 96 faizinin inancından gələn geyim formasını mənimsəyən qadınlar təhlükə mənbəyidirmi? Bununla yanaşı saçtökülmədən əziyyət çəkən və ya hər hansı səbəbdən yaylıq bağlayan, bu geyimi özünə imic seçən qadınlar da var. Bəs onların cəmiyyətdən gizlətdiyi bu çatışmazlığı ASAN xidmət niyə aşkar edir? Yeni nəsil şəxsiyyət vəsiqələri irəli sürülən digər absurd iddiaları da kənarda qoyur. Belə ki, ənənəvi şəxsiyyət vəsiqəsi verilərkən yaylıqla örpənənlərin kimliyinin aşkar edilməsində mürəkkəblik iddia edilə bilərdi, lakin yeni nəsil (biometrik) vəsiqələrin verilməsi ilə şəxsiyyət vəsiqəsinin identifikasiya problemi tam aradan qalxır. Çünki həmin vəsiqələr daktiloskopik məlumatları da (əl barmaq izləri) özündə ehtiva edir. Əl barmaq izləri isə şəxsiyyətin müəyyən edilməsi üçün (identifikasiya) istifadə edilən ən üstün üsuldur.
Digər məsələ, Azərbaycana qadınları yaylıqla örpənən, hicab və niqab (hicabın üzübağlı forması) geyinən xarici ölkə vətəndaşları gəlir. Lakin Dövlət Miqrasiya Xidməti əcnəbi xanımlara ölkəyə giriş və ya daimi yaşamaq üçün icazə vəsiqələrini hicablı fotoşəkillər əsasında verir. Baxmayaraq bəzi ölkələrdə həmin vəsiqələr biometrik deyil. Deməli yaylıq və hicab şəxsiyyəti müəyyən etməyə maneə deyil. Beləliklə, ASAN xidmətin bu cür geyimli qadınlara tətbiq etdiyi fotoşəkil qadağasının heç bir qanuni əsası yoxdur.


Story Code: 833101

News Link :
https://www.islamtimes.org/az/news/833101/asan-xidmət-hicablı-qadınların-hüququnu-niyə-pozur

Islam Times
  https://www.islamtimes.org