0
Wednesday 6 July 2011 - 15:16

Təyyarəmizi "Taliban" vurub

Story Code : 83322
Təyyarəmizi "Taliban" vurub
Təyyarəmizi "Taliban" vurub
Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata görə 06 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmişdir və radarlarda görüntüsü itmişdir. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirmişdir. ***


Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur, məlumatda bildirilir.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 05 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 1969-cu il təvəllüdlü 4576 saat uçuş təcrübəsi olan pilot - Kuzmin Sergey Viktoroviç olub.

Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan Azərbaycanın AZAL aviaşirkətinə məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın Parvan vilayətində qəzaya uğrayıb.
«Trend»in məlumatına görə, qəzaya uğramış təyyarənin göyərtəsində 8 heyət üzvü olub.

«Associated Press» isə xəbər verir ki, təyyarə dağa çırpılıb.

RİA «Novosti»nin verdiyi məlumata görə, qəza dünən axşam saatlarında baş verib.

«Hələlik təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Yerli polis və ordu hissələri onun axtarışını davam etdirir», - deyə Əfqanıstanın «Ariana» dövlət aviaşirkətindən bildiriblər.
Təyyarənin heyət üzvlərinin taleyi haqda məlumat yoxdur.

***

“Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini “Taliban” vurub. Məlumatı “Trend” agentliyi "Fars" agentliyinə istinadla yayıb.

***

Kabil Beynəlxalq Hava Limanının nümayəndəsi Azərbaycan təyyarəsinin “Taliban” tərəfindən vurulması barədə xəbərləri təkzib edib


Kabil Beynəlxalq Hava Limanının nümayəndəsi Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin “Taliban” tərəfindən vurulması barədə xəbərləri təkzib edib.

Kabil Beynəlxalq Hava Limanının vitse-prezidenti Cəlal Vahab “APA-ECONOMICS”ə açıqlamasında xəbəri təsdiqləmək üçün əlində kifayət qədər informasiya olmadığını bildirib: “Mənə bununla bağlı artıq müraciət ediblər. Lakin mən onu təsdiqləyə bilmərəm. Hələlik heç kim bu təyyarənin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməyib”.

C.Vahab qəzanın səbəblərinin hazırda araşdırıldığını və detalların bir qədər sonra məlum olacağını vurğulayıb.
Source : Islam-azeri
Comment