0
Tuesday 17 December 2019 - 13:35

İğtişaşçılar Kərbəlada İmam Hüseyn (ə) çadırlarını yandırıblar

Story Code : 833278
İğtişaşçılar Kərbəlada İmam Hüseyn (ə) çadırlarını yandırıblar

Kərbəla polis komandanlığı bu açıqlamada bildirib: Müqəddəs Kərbəla şəhərindəki iğtişaşçılar və sızmış ünsürlər bankları, hökumət binalarını, ictimai və xüsusi əmlakı və İraq vətəndaşlarının şəxsi avtomobillərini dağıtmaqla kifayətlənməyiblər. Onların bəziləri dünən gecə minlərlə İmam Hüseyn (ə) zəvvarını qarşılayan mərkəzləri və çadırları da yandırıblar.
Bu açıqlamada deyilir: İğtişaşçılar və təxribatçılar avtomobil şinlərini yandırmaqla etirazlar üçün təyin edilmiş çıxış və bu şəhərdəki qovşaq yollarını bağlayıblar. Bu məsələ göstərir ki, onlar yalnız iğtişaş və təxribat ardıncadırlar.
Kərbəla polis komandanlığı həmçinin bu şəhərin əhalisindən, dinc etirazçılardan, ağsaqqallardan, köçəri tayfaların şeyxlərindən istəyibdir ki, bu kimi fitnəkarlıqlarla mübarizə üçün təhlükəsizlik qüvvələrinə kömək etsinlər.
İraqın bəzi vilayətləri son həftələrdə ictimai xidmətlərin qeyri-münasib vəziyyətinə, iş yerlərinin olmamasına və korrupsiyaya etiraz olaraq aksiyaların şahididirlər, amma bu etirazlar son günlər zorakı mahiyyət kəsb edib və onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnibdir.
Faktlar göstərir ki, İraqdakı aksiyalar könüllü olmayıb və əcnəbilər onun formalaşmasında rol oynayıblar.
 
Source : http://azeri.sahartv.ir
Tagged
iraq kərbəla
Comment