QR CodeQR Code

Hizbullah Hesan Diabı baş nazir postuna namizəd olaraq irəli sürdü

IslamTimes , 19 Dec 2019 16:55

İslamTimes: Livanda baş nazirin təyinatı ilə bağlı məsləhətləşmələrin davamında Hizbullah təşkilatı Hesan Diabı baş nazir postuna namizəd olaraq irəli sürüb.


Livanda baş nazirin təyinatı ilə bağlı məsləhətləşmələrin davamında Hizbullah təşkilatının parlamentdəki nümayəndələri prezidentlə görüşüblər. Görüş zamanı nümayəndələr Hesan Diabı baş nazir postuna namizəd olaraq irəli sürüblər.
Qeyd edək ki, baş nazirin təyinatı ilə bağlı məsləhətləşmələr çərçivəsində bu gün ilk olaraq, Livan xalqının etirazlarından sonra istefa vermək məcburiyyətində qalmış Səd əl-Həriri prezident Mişel Aunla görüşüb.
Parlamentdə 20 nümayəndəsi olan Əl-Müstəqbəl partiyası namizəd olaraq kimsənin adını irəli sürməyib. Digər partiyalar və siyasilərin irəli sürdüyü namizədlərin siyahısı isə belədir:

Elie Ferzli (Parlament sədrinin müavini) - Hesan Diab
Əl-Vəfa əl-Müqavimə (12 nümayəndə) - Hesan Diab
Əl-Tuktəl əl-Vətəni (5 nümayəndə) - Hesan Diab
Əl-Təqəddumil-İştiraki (9 nümayəndə) - Nəvaf Salam
Əl-Qovmiyyatil-İctimaiyyə (3 nümayəndə) - Hesan Diab
Əl-Kətaibul Lubnaniyyə (3 namyəndə) - Nəvaf Salam

Bir neçə partiya isə namizəd olaraq kimsənin adını irəli sürməyib.


Story Code: 833709

News Link :
https://www.islamtimes.org/az/news/833709/hizbullah-hesan-diabı-baş-nazir-postuna-namizəd-olaraq-irəli-sürdü

Islam Times
  https://www.islamtimes.org