0
Thursday 19 December 2019 - 17:51

Putin: Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək!

Story Code : 833713
Putin: Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək!
Rusiya prezidenti Vladimir Putin bu gün 2000-ə yaxın yerli və xarici jurnalist üçün illik mətbuat konfransı keçirib. Konfransda ölkədaxili məsələlərə daha çox vaxt ayrılsa da bir neçə xarici mövzu ilə bağlı suallar da cavablandırılıb.
Konfrans Bakı vaxtı ilə saat 13:00-da başlayıb və 4 saat 25 dəqiqə davam edib.
Putin konfrans çərçivəsində ABŞ-ın müdafiə büdcəsinə işarə edərək bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ikitərəfli münasibətlərə təsir edəcək. Rusiya bu sanksiyaları cavabsız qoya bilməz.
Qeyd edək ki, ABŞ Senatı Rusiyanın "Nord Stream 2" layihəsi çərçivəsində Avropaya qaz ötürülməsinə qarşı çıxıb və bu layihə ilə bağlı sanksiya qərarı verib.
Source : IslamTimes
Tagged
rusiya