QR CodeQR Code

Həşd-Şəbi: İŞİD Suriyadan İraqa xardal qazı keçirir

IslamTimes , 21 Dec 2019 10:53

İslamTimes: Həşd-Şəbi komandanı İŞİD-lə bağlı bəyanat verib


İraqın Həşd-Şəbi könüllü xalq qüvvələrinin 44-cü korpusunun komandanı Həmid əl-Yasəri İraqdakı İŞİD terrorçuları barədə yeni açıqlama verib. Yasəri Əl-Məlumə şəbəkəsinə deyib ki, terrorçu ünsürlər bütün İraqda, o cümlədən Neynəva vilayətində sabitliyi təhdid edir. Yasəri deyib: Təcili təmizləmə əməliyyatına başlamaq lazımdır. Əl-Həzr adası İŞİD-dən təmizlənməlidir. Təhlükəsizlik Qüvvələrindən daxil olan məlumata əsasən, Suriyadan İraqa keçən terrorçular özləri ilə xardal qazı gətirir. Həşd-Şəbi hansı məntəqədə yoxsa, o məntəqə terrorçular üçün sığınacağa çevrilir. 


Story Code: 833985

News Link :
https://www.islamtimes.org/az/news/833985/həşd-şəbi-işid-suriyadan-iraqa-xardal-qazı-keçirir

Islam Times
  https://www.islamtimes.org