0
Saturday 21 December 2019 - 18:56

Mariya Zaxarova: "ABŞ tezliklə nəfəs almağı belə dayandırmağı tələb edəcək"

Story Code : 834106
Mariya Zaxarova: "ABŞ tezliklə nəfəs almağı belə dayandırmağı tələb edəcək"
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz "Facebook" səhifəsində "Şimal Axını - 2" və "Türk Axını" qaz layihələrinə qarşı ABŞ-ın sanksiyalarının qüvvəyə minməsinə münasibət bildirərkən deyib.
"22 trilyonluq dövlət borcu olan bir ölkə kredit qabiliyyəti olan ölkələrə iqtisadiyyatın real sektorunu inkişaf etdirməyi qadağan edir. Kreditlə bağlı Amerikanın həyat ideologiyası beynəlxalq rəqabətə dözmədi və bu ABŞ Maliyyə Nazirliyinin mütəmadi olaraq yeni bir "iqtisadi həbs qərarı" ilə öz təsdiqini tapır. Tezliklə onlar dərhal nəfəs almağı dayandırmağı tələb edəcəklər və çoxu bunu edəcək", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, dekabrın 17-də ABŞ Senatı Prezident Adminstrasiyasının üzərinə "Şimal Axını - 2" və "Türk Axını" layihələrinə qarşı sanksiyalar tətqib etmək öhdəliyini qoyan 2020-ci il üçün müdafiə büdcəsi ilə bağlı qanun layihəsini təsdiqləyib. 
Dekabrın 20-də isə ABŞ prezidenti sözügedən qanunun layihəsinin qəbul edib.