QR CodeQR Code

İraqlı komandir: “İraqa Suriyadan xardal qazı keçirdi”

Deyerler , 21 Dec 2019 19:28

Islamtimes - İraqın Əl-Həşduş Şəbi təşkilatının 44-cü briqadasının komandiri Həmid Əl-Yasəri dünən (20 dekabr) İŞİD terror təşkilatının İraqa Suriyadan iprit maddəsi (xardal qazı) gətirdiyini söyləyib.



Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Həmid Əl-Yasəri bu məsələ ilə bağlı İraqın Baş Qərargah Rəhbərliyinə məlumat verildiyini bildirib və bu təşkilatı məhv etmək üçün əməliyyata başlamağın zəruri olduğunu söyləyib.
 
Əvvəllər də İraq rəsmiləri İŞİD yaraqlılarının Suriya sərhədlərindən İraq ərazisinə daxil olduğunu bildirmişdilər.
 
Əl-Həşduş Şəbidən bundan əvvəl verilən açıqlamada, Diyalədə İŞİD-ə məxsus bir bazanın məhv edildiyi qeyd olunmuşdu.
 


Story Code: 834108

News Link :
https://www.islamtimes.org/az/news/834108/iraqlı-komandir-iraqa-suriyadan-xardal-qazı-keçirdi

Islam Times
  https://www.islamtimes.org