0
Sunday 22 December 2019 - 10:56

Küveytin ilk səfiri Fələstinə daxil oldu

Story Code : 834184
Küveytin ilk səfiri Fələstinə daxil oldu
Küveytin Fələstin və İordaniyadakı ilk səfiri Əziz əl-Dihani öz etimadnaməsini Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasa təqdim etmək üçün Qərb Sahilinə daxil olub. Səfir bildirib ki, Fələstin məsələsi Küveyt üçün fundamental məsələdir. Əl-Dihani deyib: Küveytlə Fələstin arasında uzun tarixi əlaqə var. Etimadnamənin təqdimi ilə bu ərəb ölkəsinin rəsmən tanınması Küveyt əmirinin istəyidir. Biz bu addımla göstərmək istəmişik ki, Fələstin yaşayır və bizim üçün prioritet məsələdir. Ölkələrimiz arasında 1921-ci ildən münasibət var. Bu addım sadəcə bir başlanğıcdır və davamı var.