QR CodeQR Code

Dindarları parçalamaq həsrəti...

7 Jul 2011 01:11

IslamTimes - İbrahim peyğəmbər (ə) atəşə atıldığı vaxt qurbağa və kərtənkələ işə başlayır - qurbağa su daşıyır, kərtənkələ atəşi üfürür.


Kərtənkələdən soruşurlar: “Nə edirsən?”. O, deyir: “İbrahimi (ə) yandıracaq atəşin alovlanması üçün üfürürəm”. Deyirlər: “Sənin üfürməyinlə atəş alovlanmaz axı!” Cavabı bu olur: “Mən vəzifəmi icra edirəm, nə qədər alovlansa, qənimətdir”. Qurbağadan soruşurlar: “Sən nə edirsən?”. O, deyir: “Su daşıyıram ki, Allahın Peyğəmbərini yandıracaq atəşi söndürüm”. Deyirlər: “Sənin daşıdığın su ilə atəş sönməz axı!” Cavabı bu olur: “Mən vəzifəmi icra edirəm, daşıdığım su ilə nə qədər söndürsəm, qənimətdir”.
Sevgili Azərbaycanımızda Həzrət İbrahimin (ə) oda atılmasını xatırladan bir ab-hava yaşanır.
Ey düşmənlərin hiyləsini puça çıxaran Allah! Bu ağır günlərdə mübariz bəndələrinə yardımçı ol. Düşmənin dindarları parçalamaq istəklərini gözlərində qoy. Möminlərə agahlıq ver: bir-birlərini yox, yalnız Sənin düşmənlərini düşmən bilsinlər, onların üzlərinə gülənləri yox, yalnız Sənin dostlarını dost bilsinlər! Vay o bəndənin halına ki, İslama arxa olduğunu düşünür. Bu dinin sahibi onu qoruyacaq, bizlərsə imtahan meydanındayıq. İlahi imtahandan üzüağ çıxın!


Story Code: 83434

News Link :
https://www.islamtimes.org/az/news/83434/dindarları-parçalamaq-həsrəti

Islam Times
  https://www.islamtimes.org