0
Monday 23 December 2019 - 13:57

İranın Qum Dini Hövzəsindən Şeyx Zəkzaki tələbi

Story Code : 834343
İranın Qum Dini Hövzəsindən Şeyx Zəkzaki tələbi
İranın Qum Dini Hövzəsindən Şeyx Zəkzaki tələbi

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İranın Qum Dini Elmlər Hövzəsi Nigeriya İslami Hərəkatının həbsdəki lideri Şeyx Zəkzakinin səhhətilə bağlı dünya ictimaiyyətinin, xüsusilə İslam dünyasının diqqətini bu məsələyə yönəltmək istəyir.
İRNA bu haqda bildirir ki, Qum Dini Elmlər Hövzəsi bəyanat yayıb.
Bəyanatda deyilir: “Şeyx İbrahim Zəkzakinin səhhətinin ağır olmasına baxmayaraq onun həbsxanaya göndərilməsi narahatlıq yaratmaqla yanaşı, onun həbsxanaya göndərilməsi qanunsuz və canının təhlükəyə atılmasıdır.”
Bəyanatda Nigeriya rəsmilərindən Şeyx Zəkzakiyə qarşı bütün təzyiqlərin son verilməsi və dərhal müalicə edilməsi tələb edilib.
 Qum Dini Elmlər Hövzəsi bəyanatında həmçinin, Şeyx Zəkzakinin Nigeriya xalqının məsləhətinə zidd heç bir şey istəmədiyi, Şeyxə qarşı insan haqlarının kobud surətdə pozulmasının qəbuledilməz olduğu önə çəkilib.
Şeyx Zəkzaki, 2015-ci ilin 13 dekabrında Nigeriya ordusunun Zariya şəhərində Hüseyniyəyə etdiyi hücum zamanı həbs edilmiş, hücum zamanı şeyxin 3 oğlu və yüzlərlə müsəlman şəhid olub.
 
Source : Islamazeri
Comment