0
Monday 23 December 2019 - 16:40

HƏMAS: 'ABŞ, İsrail cinayətlərinin gizlədilməsində israr edir'

Story Code : 834367
HƏMAS:
HƏMAS: 'ABŞ, İsrail cinayətlərinin gizlədilməsində israr edir'

Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, bazar günü HƏMAS-ın sözçüsü Hazim Qasim, ABŞ hökumətinin dəstəyi ilə sionist rejimin Fələstin xalqına qarşı daha da böyük cinayətlər törətməyə təşviq etdiyini və bu cinayətlərdə İsrailin tərəfdaşı olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda, Qəzza zolağı və Qərb sahilində sionist rejimin müharibə cinayətləri ilə bağlı aparılacaq mümkün istintaq haqda açıqlama vermişdir.
"Tezliklə araşdırmalarımızı Fələstin ərazisində başlayacağıq və Qəzza zolağında, Şərqi Qudsdə və Qərb sahilində İsrailin hərbi cinayətləri ilə məşğul olacağıq", - deyə bildirmmişdir.
Son illərdə Ağ Evin dəstəyi ilə sionist rejim işğal altındakı ərazilərdə ağır cinayətlər törədib. Sionist rejimin Qəzza zolağına etdiyi hücumlar nəticəsində minlərlə fələstinli şəhid edilərək, yaralanmışdır.
 
Source : Maide
Tagged
fələstin
Comment