QR CodeQR Code

HƏMAS: 'ABŞ, İsrail cinayətlərinin gizlədilməsində israr edir'

Maide , 23 Dec 2019 16:40

İslamtimes - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS), ABŞ-ın, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin hərbi cinayətlərini araşdırma qərarına etirazını bildirərək, ABŞ-ın sionist rejimin cinayətlərini ört-basdır etməyə çalışdığını söyləyib.



Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, bazar günü HƏMAS-ın sözçüsü Hazim Qasim, ABŞ hökumətinin dəstəyi ilə sionist rejimin Fələstin xalqına qarşı daha da böyük cinayətlər törətməyə təşviq etdiyini və bu cinayətlərdə İsrailin tərəfdaşı olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda, Qəzza zolağı və Qərb sahilində sionist rejimin müharibə cinayətləri ilə bağlı aparılacaq mümkün istintaq haqda açıqlama vermişdir.
"Tezliklə araşdırmalarımızı Fələstin ərazisində başlayacağıq və Qəzza zolağında, Şərqi Qudsdə və Qərb sahilində İsrailin hərbi cinayətləri ilə məşğul olacağıq", - deyə bildirmmişdir.
Son illərdə Ağ Evin dəstəyi ilə sionist rejim işğal altındakı ərazilərdə ağır cinayətlər törədib. Sionist rejimin Qəzza zolağına etdiyi hücumlar nəticəsində minlərlə fələstinli şəhid edilərək, yaralanmışdır.
 


Story Code: 834367

News Link :
https://www.islamtimes.org/az/news/834367/həmas-abş-israil-cinayətlərinin-gizlədilməsində-israr-edir

Islam Times
  https://www.islamtimes.org