0
Monday 23 December 2019 - 17:22

Cinayətin sifarişçiləri əmri yerinə yetirənləri qurban verir

Story Code : 834373
Cinayətin sifarişçiləri əmri yerinə yetirənləri qurban verir
Səudiyyə Ərəbistanında məhkəmə bu cinayət işi üzrə əlavə olaraq 3 nəfəri ümumilikdə 24 illik həbsə məhkum edib. Məhkəmə bu cinayətin təşkilində şübhəli bilinən Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin müşaviri Səud əl-Kahtaninin əməlində cinayət dəlilləri olmadığını bildirərək, onu azadlığa buraxıb.
Səudiyyə Ərəbistanı Prokurorluğu ölkənin İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Uteybinini də ittiham etməyib.
Qeyd edək ki, səfirlikdə dəhşətli amansızlıqla qətlə yetirilən Camal Qaşıqçının qətli göstərişini Səudiyyə rəsmiləri versə də, onları ittiham etməyə məhkəmənin cürəti çatmayıb.