0
Tuesday 24 December 2019 - 09:49

Somalidə hərbi bazaya hücum zamanı 7 əsgər, 4 terrorçu ölüb

Story Code : 834494
Somalidə hərbi bazaya hücum zamanı 7 əsgər, 4 terrorçu ölüb
Hücum zamanı 7 nəfər əsgər ölüb, bir neçə nəfər isə yaralanıb.
Ordu səlahiyyətlisi Hassan İsak hərbi bazaya terror qruplaşması tərəfindən hücum edilməsini təsdiqləyib. 
Terrorçular bir neçə hərbi və mülki nəqliyyat vasitəsini də yandırıblar. Qarşıdurma zamanı dörd terrorçu öldürülüb.
Qeyd edək ki, terrorçuların hücumuna məruz qalan hərbi baza Baidoa şəhərindən 30 kilometr məsafədə yerləşir.