0
Tuesday 24 December 2019 - 10:15

Terrorçuların Rusiyanın Suriyadakı aviabazasına hücumunun qarşısı alınıb

Story Code : 834506
Terrorçuların Rusiyanın Suriyadakı aviabazasına hücumunun qarşısı alınıb
Bu barədə rusiyalı general-mayor Yuri Borenkov bildirib. 
Onun sözlərinə görə, hadisə gecə düşməzdən bir qədər əvvəl baş verib: “Terrorçular hücum zamanı pilotsuz uçan aparatlardan istifadə ediblər. Rusiya hava hücumundan müdafiə sistemləri cənub-şərqdən hava bazasına istiaqmətləndirilmiş iki dron aşkar edərək onları məhv edib”.
General-mayor əlavə edib ki, hadisə nəticəsində itki və maddi ziyan olmayıb.