0
Tuesday 24 December 2019 - 10:50

Yəmənlilər Stokholm razılaşmasına ümid etmir

Story Code : 834530
Yəmənlilər Stokholm razılaşmasına ümid etmir
Beynəlxalq təşkilatlar və dünya birliyinin Yəmən probleminə qeyri-ciddi yanaşması davam edir. Ötən il Stokholmda əldə olunmuş razılaşma hələ də həyata keçməyib. Mənsur Hadi dövləti ilə Milli Qurtuluş dövləti arasında 13 dekabr 2018-ci ildə BMT-nin nəzarəti altında əldə olunmuş razılaşma Stokholm razılaşması adı ilə tanınır. Bu razılaşmaya əsasən Yəmənin qərbində Əl-Hudəydədə atəşkəs bərpa olmalı, Təiz şəhərinin mühasirəsi ləğv edilməli, əsirlər dəyişdirilməli idi. Razılaşmadan bir il ötsə də öhdəçiliklər hələ də kağız üzərində qalıb.
Source : IslamTimes