0
Tuesday 24 December 2019 - 11:05

Vaşinqton: Rusiya və Çinin Qərbi Asiyada nüfuzuna qarşı çalışırıq

Story Code : 834544
Vaşinqton: Rusiya və Çinin Qərbi Asiyada nüfuzuna qarşı çalışırıq
ABŞ xarici işlər nazirinin müavini Devid Şenker Amerikanın Rusiya və Çinə qarşı siyasətlərindən danışıb. Pompeonun Yaxın Şərq üzrə nümayəndəsi deyib ki, Vaşinqton qarşıdan gələn ildə Rusiya və Çinin nüfuzuna qarşı fəaliyyətlərini gücləndirəcək.
Şenker böhtan dolu iddialarında İranı da yaddan çıxarmayıb. ABŞ diplomatı Tehranı məntəqədə vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Misirə səfərini səmərəli səfər kimi dəyərləndirən Şenker deyib: Regionda təhlükəsizliyin təminində Misirin həyati rolu var. Regionda sabitliyin pozulmasında İŞİD və Əl-Qaidə kimi terror təşkilatları ilə yanaşı Rusiya və Çin müqəssirdir.
Source : IslamTimes