0
Tuesday 24 December 2019 - 11:16

Sionistlər Qüdsdə fələstinlilərin evini dağıtmağa davam edir

Story Code : 834552
Sionistlər Qüdsdə fələstinlilərin evini dağıtmağa davam edir
Fələstin mənbələri xəbər verir ki, sionist rejim ordusu işğal olunmuş cənubi Qüdsdə iki fələstinlinin evini uçurub, bunun ardınca Qərb Sahilində üç fələstinlini həbs edib. Sionist rejimin buldozerləri bu gün səhər Qüdsün cənubuna gətirilib. Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib. BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur.
Source : IslamTimes