QR CodeQR Code

İraqda kütləvi məzarlıq aşkar edilib

7 Jul 2011 10:23

IslamTimes - İraqda, Səddam Hüseyn dövründə qətlə yetirilmiş kürdlərə aid olduğu iddia edilən 900 nəfərin dəfn edildiyi kütləfi məzarlıq tapılıb


FaktXeber.com-un verdiyi məlumata görə, İraqın cənubunda, Divaniyə yaxınlığındakı 900 nəfərə aid kütləvi məzar aşkarlanıb. İraqlı rəsmilər verdiyi açıqlamada bildiriblər ki, Bağdadın 160 kilometr cənubundakı Divaniyəyə 70 kilometr məsafədəki Şanafiyə bölgəsində olan sümüklər, ilkin fərziyyələrə görə, Səddam Hüseyn dövründə öldürülmüş kürdlərə aiddir.

Qeyd edək ki, 80-ci illərdə öldürüldüyü iddia edilən bu şəxslərin sümükləri, şəxsiyyətinin təsbit edilməsi məqsədiylə Nəcəfdəki laboratoriyaya aparılıb.



Story Code: 83489

News Link :
https://www.islamtimes.org/az/news/83489/iraqda-kütləvi-məzarlıq-aşkar-edilib

Islam Times
  https://www.islamtimes.org