QR CodeQR Code

"Avropa sanksiyaları uzatmaqla Moskva ilə münasibətləri yaxşılaşdırmaq şansını itirdi"

IslamTimes , 26 Dec 2019 22:47

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzatmasını tənqid edib.


Zaxarova bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzatmaqla Moskva ilə münasibətləri yaxşılaşdırmaq fürsətini itirib.
Rusiya rəsmisi daha sonra Avropa şirkətlərinin də sanksiyaların uzadılmasından zərər çəkəcəyini bildirərək Avropa Birliyini Moskvaya qarşı sanksiya siyasətinə yenidən baxmağa çağırıb.
Ötən həftə Avropa Şurası Rusiyaya qarşı sanksiyaları daha altı ay uzatmaq barədə qərar qəbul edib. Sanksiyaların müddəti yanvarın 31-də başa çatırdı.
 


Story Code: 834994

News Link :
https://www.islamtimes.org/az/news/834994/avropa-sanksiyaları-uzatmaqla-moskva-ilə-münasibətləri-yaxşılaşdırmaq-şansını-itirdi

Islam Times
  https://www.islamtimes.org