QR CodeQR Code

Rusiya, İran və Çinin hərbi təlimləri ABŞ-ı təlaşlandırdı

IslamTimes , 28 Dec 2019 18:16

İslamTimes: Cümə günü başlayan Rusiya, İran və Çinin birgə hərbi təlimləri Hind Okeanı və Oman dənizində 4 gün davam edəcək. 


İran HDQ-i İslam İnqilabından sonra ilk dəfədir ki, dünyanın iki hegomon dövləti ilə birgə hərbi təlim keçirir.
Associated Press, Reuters, Sputnik kimi informasiya agentlikləri bu təlimləri "misilsiz" adlandırıblar. Təlimlər "məntəqədə sülh, dostluq və təhlükəsizlik" şuarı ilə keçirilir. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu təlimlərin hansısa ölkəyə qarşı keçirilmədiyini bildirib.
Lakin ABŞ Müdafiə Nazirliyi bu təlimləri diqqətlə izlədiyini bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Keyti Mak Farlend (Katie MCfarland) Rusiya, Çin və İranın bu təlimlərini "Kabus ssenarisi" adlandıraraq əlavə edib: Biz 75 ilimizi sərf etdik ki, bu ölkələr bir-birinə yaxınlaşmasın, amma bu gün onlar birgə hərbi təlim keçirir!


Story Code: 835277

News Link :
https://www.islamtimes.org/az/news/835277/rusiya-iran-və-çinin-hərbi-təlimləri-abş-ı-təlaşlandırdı

Islam Times
  https://www.islamtimes.org