0
Saturday 28 December 2019 - 19:04

ABŞ-ın Ermənistan sevgisi - Sasunyan azadlığa buraxıldı

Story Code : 835294
ABŞ-ın Ermənistan sevgisi - Sasunyan azadlığa buraxıldı
Terrorçu H.Sasunyan türklərə qarşı düşmənçiliyi təbliğ edən saxta ideologiya əsasında, məqsədli və planlı şəkildə diplomat Kamal Arıkanı qətlə yetirib.
Axar.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yaylan açıqlamada yer alıb.
Bildirilir ki, Kaliforniya valisinin dekabrın 27-də qəbul etdiyi bu qərar qəbuledilməzdir.
“Türk diplomatını vəzifə başında qətlə yetirən terrorçunu azadlığa buraxmaq beynəlxalq hüquqa təhdid və ədalət anlayışına ziddir”,- deyə açıqlamada vurğulanır.
Açıqlamada diqqətə çatdırılır ki, ötən əsrin sonlarında erməni terrorçular 31-i diplomat olmaqla, 58 Türkiyə vətəndaşını öldürüblər. Hazırda ermənilər arasında Türkiyəyə qarşı nifrət aşılandığı bir zamanda terrorçu ermənilərin azadlığa buraxılması təhlükəli bir prosesdir.