0
Sunday 29 December 2019 - 01:17

Türkiyə Liviyaya ordu göndərəcəkmi?

Story Code : 835349
Türkiyə Liviyaya ordu göndərəcəkmi?
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl parlament üzvlərinin tətildən qayıtdıqdan qısa müddət sonra, 7 və ya 8 yanvarda ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.
“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə görə, dövlət başçısının imzaladığı müvafiq qanun 30 dekabr, bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək və müzakirələr 2 yanvar, cümə axşamı günü reallaşacaq. Parlament iclaslarının yekun gündəliyi isə 30 dekabr, bazar ertəsi günü razılaşdırılacaq”, deyə agentlik məlumat yayıb. /Report/