0
Sunday 29 December 2019 - 11:38

HƏMAS sionist rejimlə hər hansı razılaşmanı rədd etdi

Story Code : 835416
HƏMAS sionist rejimlə hər hansı razılaşmanı rədd etdi
Fələstin Müqavimət Hərəkatının siyasi ofisinin üzvü Süheyl əl-Mehdi sionist rejimlə razılaşma əldə olunması barədə yayılan şayiələrə münasibət bildirib. Əl-Mehdi Əl-Məyadin şəbəkəsi ilə söhbətdə deyib: İsrail mətbuatının HƏMAS-la razılaşma ilə bağlı yazdıqları şayiədir. HƏMAS işğal olunmuş ərazilərə atəş açmamaqla bağlı öz üzərinə heç bir öhdəçilik götürməyib.
Çərşənbə günü Netanyahu Aşkelon qəsəbəsində olduğu zaman Qəzzədən iki raket atılıb. Seçki kampaniyası haşiyəsində Aşkelona gedən Netanyahunu sığınacağa qaçırıblar. Bu hadisə bir daha göstərir ki, HƏMAS öz üzərinə heç bir öhdəçilik götürməyib.
Source : IslamTimes