QR CodeQR Code

İngilis diplomatlar ölkədən qovulacaq - Netanyahu

29 Dec 2019 20:22

İslamTimes: Qüdsdə yerləşən İngiltərə Konsulluğunun Tvitter hesabında Şahzadə Çarlzın yanvar ayında işğal altındakı Fələstin torpaqlarını ziyarət edəcəyini elan etməsi İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunu özündən çıxarıb.


Yair Netanyahu İngiltərə Konsulluğunun paylaşımına sərt tonda cavab verib
Baş nazirin oğlu İngiltərə diplomatlarını nəzərdə tutaraq bəyan edib ki, yaxın dövrdə İsraildən qovulacaqsınız:
“O zamana qədər işğal altındakı Şotlandiya və İrlandiya torpaqlarına səfər etməyi planlaşdırıram. Hansını məsləhət görürsünüz?”
Qeyd edək ki, Yair Netanyahu atası Benyamin Netanyahunun Fələstinlə bağlı siyasətini qatı müdafiə edir. Oğul Netanyahu bir müddət əvvəl Türkiyəni də hədəfə almışdı. /Teleqraf/


Story Code: 835470

News Link :
https://www.islamtimes.org/az/news/835470/ingilis-diplomatlar-ölkədən-qovulacaq-netanyahu

Islam Times
  https://www.islamtimes.org