0
Sunday 29 December 2019 - 20:40

Əfqanıstanda “Taliban” könüllülərin hərbi bazasına hücum etdi

Story Code : 835476
Əfqanıstanda “Taliban” könüllülərin hərbi bazasına hücum etdi
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hücum nəticəsində azı 17 könüllü döyüşçü həlak olub, daha dörd könüllü isə yaralanıb.
Hücumun dəf edilməsi zamanı 10 silahlı məhv edilib.
Xatırladaq ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkəboyu silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.