0
Monday 30 December 2019 - 16:32

“Liviyada münaqişə tərəfləri ilkin şərt olmadan mübarizəni dayandırmalıdır”

Story Code : 835615
“Liviyada münaqişə tərəfləri ilkin şərt olmadan mübarizəni dayandırmalıdır”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə apardığı danışıqların yekununa dair birgə mətbuat konfransında deyib.
“Hesab edirəm ki, döyüş fəaliyyətinin dayandırılması Liviyada siyasi dialoqun başlanması üçün əsas şərtdir. Üstəlik, mübarizənin dayandırılması fikrimizcə, heç bir ilkin şərt olmadan baş verməlidir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
S. Lavrov Liviyada uçuşsuz hava bölgəsi yaradılması ideyasına da münasibət bildirib. O qeyd edib ki, Liviyada uçuşsuz bölgənin elan olunması ideyası çox pis assosiasiya yaradır.