0
Monday 30 December 2019 - 16:48

ABŞ hücumu nəticəsində şəhid olan əskərlərin sayı 25-ə çatdı

Story Code : 835658
ABŞ hücumu nəticəsində şəhid olan əskərlərin sayı 25-ə çatdı
Həşd əş-Şəbi Müqavimət Hərəkatının əməliyyat bölməsinin komandiri Cavad Kazim əl-Biavi bildirib ki, ABŞ Həşd əl-Şəbinin 45 və 46-cı briqadalarına hücum edib. Bu hücum nəticəsində 25 nəfər şəhid olub 51 hərbçi ağır yaralanıb. 
Komandir əlavə edib ki, yaralıların bəzisinin durumu ağır olduğundan şəhidlərin sayının daha da artacağı ehtimal edilir. 
Qeyd edək ki, ABŞ Suriya ilə sərhəd məntəqəsində yerləşən Həşd əl-Şəbi briqadalarına hücum etdiyini etiraf edib. Onlar bu əməllərinə səbəb kimi ABŞ hərbçilərinə bir neçə gün öncəki hücumu göstəriblər.
Həşd əl-Şəbi ABŞ-ın bu vəhşiliyini cavabsız qoymayacağını bildirib.
 
Source : IslamTimes
Tagged
iraq