0
Tuesday 31 December 2019 - 09:04

Ayətullah Sistani ABŞ-ın Həşd Şəbi qüvvələrinin mövqelərini bombalamasını pisləyib

Story Code : 835730
Ayətullah Sistani ABŞ-ın Həşd Şəbi qüvvələrinin mövqelərini bombalamasını pisləyib
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ayətullah Sistani ötən gün Həşd Şəbinin Kətaib Hizbullah batalyonunun mövqelərinə ABŞ ordusu tərəfindən endirilən zərbələri ölkənin suverenliyinə xələl gətirəcək addım kimi dəyərləndirib.
Ayətullah Sistani ölkə ərazisinin beynəlxalq və regional haqq-hesab çürütmələrinin arenasına çevrilməsinin qarşısını almaq üçün İraq hökümətini dərhal müdaxilə etməyə çağırıb.