QR CodeQR Code

ABŞ hərbçilərinə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilib

31 Dec 2019 19:07

İslamTimes - Amerikalı hərbçilərə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilib.


APA-nın “Military.com” portalına istinadən verdiyi məlumata görə, ABŞ hakimiyyəti “TikTok” tətbiqinin istifadəçilərin məlumatlarının oğurlanması üçün istifadə edilməsindən şübhələnir.

ABŞ ordusunun nümayəndəsi Robin Oçao “TikTok” tətbiqini təhlükəsiz saymadıqlarını, buna görə də hərbçilərin xidməti telefonlarında “TikTok”dan istifadəyə icazə verilmədiyini bildirib. Bu barədə qərar ABŞ Müdafiə Nazirliyinin dekabrın 16-da bu sosial şəbəkə barədə xəbərdarlığından sonra qəbul edilib. R. Oçoa deyib ki, hərbçilər şəxsi mobil telefonlarında “TikTok”dan istifadə edə bilərlər.


Story Code: 835799

News Link :
https://www.islamtimes.org/az/news/835799/abş-hərbçilərinə-tiktok-sosial-şəbəkə-tətbiqindən-istifadə-qadağan-edilib

Islam Times
  https://www.islamtimes.org