0
Wednesday 1 January 2020 - 11:06

ABŞ geri addım atdı

Story Code : 835895
ABŞ geri addım atdı
ABŞ prezidenti Donald Tramp son günlər yaranan gərginliklərdən sonra geri addım atmaq məcburiyyətində qalıb. Belə ki, ABŞ prezidenti sülh tərəfdarı olduğunu və İran İslam Respublikası ilə silahlı qarşıdurma, müharibə başlatmaq niyyətində olmadığını dilə gətirib. O deyib: Biz İranla qarşıdurma yaratmaq istəmirik, İran tərəfinin də bunu istəmədiyini düşünürəm.
Qeyd edək ki, ABŞ İraq könüllü qüvvələrini bombalayaraq 52 nəfəri qətliam etdikdən sonra, bu addımı İrana cavab olaraq atdığını bildirmişdi. Amma görünür, bütün dünyada ABŞ-ın bu ağlasığmaz cinayətinin pislənməsi, İraq xalqının ABŞ səfirliyinə od vurması Trampı geri addım atmaq məcburiyyətində qoyub.
Source : IslamTimes