0
Wednesday 1 January 2020 - 15:20

Etirazçılar ABŞ səfirliyinin önünü tərk etmir

Story Code : 835924
Etirazçılar ABŞ səfirliyinin önünü tərk etmir
Yüzlərlə iraqlı artıq ikinci gündür ki, Bağdaddakı ABŞ səfirliyinin önündə aksiya keçirir. ABŞ-ın 52 iraqlı hərbçini qətlə yetirməsinə etiraz edən yüzlərlə sakin "ABŞ-a ölüm", "Ölkəmizi tərk edin" şüarları səsləndirir.
Baş nazir əhalidən xahiş edib ki, səfirliyin önünü tərk etsinlər. Amma etirazçılar günahsız Həşd əl-Şəbi üzvlərinin qətlinə etiraz etmək üçün bu məkanı tərk etməyəcəklərini bildiriblər. ABŞ-ın səfirliyin yerləşdiyi məkana iki Apaçi helikopteri göndərməsi də qəzəbli iraqlıları qorxuda bilməyib. 
Qeyd edək ki, ötən gün səfirliyin mühafizə xidmətinin gözyaşardıcı qazla etirazçalara müdaxilə etməsindən sonra 62 nəfər yaralanıb.
Source : IslamTimes