QR CodeQR Code

Ayətullah Xamenei Trampın hədə-qorxusuna cavab verdi

IslamTimes , 1 Jan 2020 16:15

İslamTimes: "İran xalqının mənafelərinə, maraqlarına, ləyaqətinə, əzəmətinə və tərəqqisinə təhlükə olan bütün amillərlə mübarizə aparılacaq və düşmənə ağır cavab veriləcək"


İslam İnqilabı rəhbəri Ayətullah Əli Xamenei İraq hadisələrində ABŞ prezidentinin İranı günahlandıraraq rəsmi Tehrana hədə-qorxu gəlməsinə işarə edərək deyib: "Belə ittihamlar yersiz və gülüncdür. Məntəqə xalqları, xüsusi ilə İraq əhalisinin ürəyində ABŞ-a qarşı nifrət hissi var. Bu hissin yaranması təbiidir. ABŞ-ın törətdiyi cinayətlər məntəqə əhalisinin qəlbində onlara qarşı nifrət hissi oyadıb.
Doğrudur, İran müharibə etmək niyyətində deyil, amma bunu bilsinlər ki, İran xalqının mənafelərinə, maraqlarına, ləyaqətinə, əzəmətinə və tərəqqisinə təhlükə olan bütün amillərlə mübarizə aparılacaq və düşmənə ağır cavab veriləcək..."
Ali dini lider əlavə edib: "Mən, İran dövləti və xalqımız ABŞ-ın Həşd əl-Şəbi döyüşçülərinə hücumunu qətiyyətlə pisləyirik. ABŞ rəsmiləri məntiqlə düşünüb, anlamalıdırlar ki, İraq xalqının onlara nifrətinin səbəbi ABŞ-ın öz əməlləridir. Onlar bu hadisələrdə bizi günahlandırıb dedilər ki, İrana cavab verəcəyik. İlk olaraq bunu deyib ki, qələt edirsiniz! İranın bu hadisələrlə heç bir əlaqəsi yoxdur. İkincisi də məntiqli olun, səbəbi öz əməllərinizdə axtarın..."


Story Code: 835925

News Link :
https://www.islamtimes.org/az/news/835925/ayətullah-xamenei-trampın-hədə-qorxusuna-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org