0
Thursday 2 January 2020 - 00:05

Həşd əl-Şəbi tərəfdarlarını ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında aksiyanı dayandırmağa çağırıb

Story Code : 835971
Həşd əl-Şəbi tərəfdarlarını ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında aksiyanı dayandırmağa çağırıb
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Həşd əl-Şəbi İraq hökumətinin çağırışına hörmətlə yanaşaraq və dövlət qurumlarının qorunması naminə kütləni ABŞ səfirliyi qarşısından geri çəkilməyə çağırıb.
Eyni zamanda Həşd əl-Şəbi ABŞ-ın hücumunu pislədikləri üçün İraq Baş Naziri Adil Əbdülmehdi, o cümlədən siyasi və dini liderlərə təşəkkür edib.
Xatırladaq ki, dünən İraq hökuməti aksiyaçıları ABŞ səfirliyi qarşısından çəkilməyə çağırıb.
Qeyd edək ki, ABŞ dekabrın 29-da Həşd əl-Şəbinin iki korpusunu bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində İraqda qanuni silahlı birləşmə kimi tanınan Həşd əl-Şəbinin könüllü şiə qruplaşmasının tərkibində yer alan "Xətaib Hizbullah"ın ən azı 52 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.
Dünən ABŞ Prezidenti Donald Tramp İraq səfirliyinə hücuma görə İranı ittiham edib. Bu gün isə D. Tramp İranla silahlı münaqişə istəmədiyini bəyan edib.