QR CodeQR Code

ABŞ-ın Bağdaddakı Səfirliyi konsulluq işini dayandırıb

Deyerler , 2 Jan 2020 00:21

İslamtimes - ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.



Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
 
"ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.
 
ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.
 


Story Code: 835974

News Link :
https://www.islamtimes.org/az/news/835974/abş-ın-bağdaddakı-səfirliyi-konsulluq-işini-dayandırıb

Islam Times
  https://www.islamtimes.org