QR CodeQR Code

Netanyahu korrupsiya ittihamlarına görə istefa verdi

2 Jan 2020 20:42

İslamTimes: İsrailin Baş naziri Benyamin Netanyahu barəsindəki korrupsiya ittihamlarına görə Sosial Yardım, Diaspora və Kənd Təsərrüfatı naziri vəzifələrindən istefa verib.


Netanyahunun bazar gününə qədər sözügedən nazirliklərə digər şəxsləri təyin edəcəyi gözlənilir.

İsrail qanunvericiliyinə görə, barəsində ittiham qaldırılan nazir istefa verməli olsa da, bu tələb baş nazir postuna şamil edilmir. Yəni hazırda bu ittiham Netanyahunun baş nazir vəzifəsini icra etməsinə heç bir əngəl törətmir.

Qeyd edək ki, İsrail Baş prokuroru Avihey Mandelblit 3 fərqli korrupsiya işi ilə bağlı Netanyahuya qarşı iddia qaldırıb.

Netanyahunun toxunulmazlığı üçün parlamentə müraciət edəcəyi, qəbul edilərsə, məhkəməyə verilməyəcəyi bildirilib. /Axar/


Story Code: 836158

News Link :
https://www.islamtimes.org/az/news/836158/netanyahu-korrupsiya-ittihamlarına-görə-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org