0
Friday 3 January 2020 - 17:19

Azərbaycan Ruhanilər Məclisi (ARM) Qasim Süleymaninin şəhadəti ilə əlaqədar başsağlığı verir

Story Code : 836310
Azərbaycan Ruhanilər Məclisi (ARM) Qasim Süleymaninin şəhadəti ilə əlaqədar başsağlığı verir
Azərbaycan Ruhanilər Məclisi (ARM) Qasim Süleymaninin şəhadəti ilə əlaqədar başsağlığı verir
Maide.Az xəbər verir ki, ARM-ın başsağlığında deyilir:  
 
“Bismilləhir-rəhmənir-rəhim”
 
و مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا
 
“Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”
 
“İmam Rahilin və Ali Rəhbərin qorxmaz və cəsarətli döyüşçüsü general Hacı Qasim Süleymaninin və onun həmrəzmi qorxmaz mücahid Əbu Mehdi Əl-Mühəndisin şəhadətini başda İmam Zaman (ə.c.) olmaqla Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə, şəhidlərin yaxınlarına, İran xalqına  və  bütün İslam övladlarına təbrik və təsliyət  deyirik. 
 
Şəhid Qasim Süleymani uzun illərdir ki, ömrünü  məntəqədə dinc əhaliyə qənim kəsilmiş, çirkli əllər tərəfindən yaradılmış   mənfur İŞİD qruplaşması ilə mübarizəyə və bölgədə müqəddəs məkanların qorunmasına sərf etmişdir. Özü ön cəbhədə əsgərlərlə çiyin-çiyinə döyüşməklə  dünya generallarına nümunə olmuşdur. Şəhadəti ilə  də dinc müsəlmanlara düşmən kəsilmiş qərəzli və pisniyyətli, üzdə terrorun  əleyhinə danışıb,  pərdə arxasında terrorçulara dəstək verənlərin həqiqi üzünü aşkara cıxartmışdır.
 
Terroru qınayırıq. Şəhid Süleymaniyə və onunla birgə şəhid olan əzizlərə  Allahdan rəhmət və yaxınlarına səbir diləyirik!”
 
Azərbaycan Ruhanilər Məclisi (ARM)
Source : Maide
Comment