QR CodeQR Code

"Mehdi ordusu" ABŞ-a qarşı hərəkətə keçdi - Əmr verildi

4 Jan 2020 01:26

İslamTimes: Bu məlumatı İraqın dini və siyasi liderlərindən hesab olunan Müqtəda əs-Sədr yayıb.


“İraq müqavimətinin lideri olaraq bütün mücahidlərə, xüsusilə “Mehdi ordusu”na və bütün vətənpərvər intizamlı qruplara İraqı qorumaq üçün hazır olmaq əmrini verirəm”.
Qeyd edək ki, “Mehdi ordusu” adlı hərəkat 2003-cü ildə ABŞ İraqa müdaxilə edəndən sonra qurulub. Hərəkat amerikalı hərbçilərə qarşı mübarizə aparıb. Lakin Müqtəda əs-Sədrin əmri ilə ordu 2008-ci ildə fəaliyyətini dayandırıb.
Ordunun yenidən fəaliyyətə başlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlıdır.


Story Code: 836400

News Link :
https://www.islamtimes.org/az/news/836400/mehdi-ordusu-abş-a-qarşı-hərəkətə-keçdi-əmr-verildi

Islam Times
  https://www.islamtimes.org