QR CodeQR Code

Qəzəbli İran xalqı ayağa qalxdı - milyonlarla insan intiqam tələb edir

IslamTimes , 4 Jan 2020 01:37

İslamTimes: İranda cümə namazından sonra bütün şəhərlərdə milyonlarla insan küçələrə çıxaraq, aksiya keçirib


Cümə namazından sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı əfsanəvi general Qasim Süleymaninin terroruna görə etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən milyonlarla iranlı ABŞ-a qarşı şüarlar səsləndirərək, generalın qisasının alınmasını istəyiblər. Paytaxt Tehran, Məşhəd, Təbriz, Ərdəbil, Zəncan, Qum, İsfahan və digər şəhərlərdə küçələrə axışan əhali "biz hər birimiz Qasim Süleymaniyik" deyərək, ABŞ dövlətinə Müqavimət Hərəkatının bayrağının enməyəcəyini bildiriblər.
Xatırladaq ki, terrorçu ABŞ dövlətinə məxsus helikopterin Bağdad hava limanına endirdiyi raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasim Süleymani və “Həşdi Şəbi” təşkilatının 7 nümayəndəsi şəhid olub. 
İran rəsmiləri ABŞ-ın qırmızı xətti tapdağını bildirərək, intiqamın ağır olacağını vurğulayıblar.


Story Code: 836402

News Link :
https://www.islamtimes.org/az/news/836402/qəzəbli-iran-xalqı-ayağa-qalxdı-milyonlarla-insan-intiqam-tələb-edir

Islam Times
  https://www.islamtimes.org