0
Saturday 4 January 2020 - 18:59

İran kəşfiyyatı hərəkətə keçdi: insanlara atəş açılacaqdı...

Story Code : 836534
İran kəşfiyyatı hərəkətə keçdi: insanlara atəş açılacaqdı...
Azərtac xəbər verir ki, bu barədə İsfahan şəhərinin prokuroru Əli İsfahani jurnalistlərə açıqlama verərkən bildirib. Prokuror nəzərə çatdırıb ki, qaçaqmalçılıq yolu ilə şəhərə 126 ədəd avtomat gətirilib. Onun sözlərinə görə, bu silahlardan ehtimal olunan aksiyalar zamanı dinc əhaliyə atəş açılmalı və bir neçə nəfər qətlə yetirilməli idi. Bu ərəfədə isə silahlı insanlar polis və təhlükəsizlik qüvvələri ilə toqquşma yaradıb ölkəni vətəndaş müharibəsinə sürükləməyə çalışacaqdılar.
Ə.İsfahani nəzərə çatdırıb ki, Yaxın Şərqdəki bir sıra dövlətlərdə sabitlik məhz belə planla pozulub. Prokuror odlu silah qaçaqmalçılığı ittihamı ilə 5 nəfərin həbs edildiyini bildirib. İstintaq davam edir.