QR CodeQR Code

Lavrov İrana başsağlığı verdi

4 Jan 2020 19:44

İslamTimes: Rusiya və İranın Xarici İşlər nazirləri Sergey Lavrovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.


APA-nın Moskva müxbirinin məlumatına görə, Lavrov iranlı həmkarına general Qasim Süleymaninin terrorçu ABŞ-ın hərbi qüvvələri tərəfindən raket hücumu nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.
Nazirlər qeyd ediblər ki, ABŞ-ın fəaliyyəti beynəlxalq hüquq normalarının əsas prinsiplərinin kobud pozulmasıdır və bu, Yaxın Şərqdəki çətin problemlərin çözülməsinə kömək etmir, əksinə regionda gərginliyin eskalasiyasını yeni raunda aparır.
Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani şəhid edilib. İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei general Qasim Süleymaninin şəhidlik zirvəsinə ucalması ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.


Story Code: 836550

News Link :
https://www.islamtimes.org/az/news/836550/lavrov-irana-başsağlığı-verdi

Islam Times
  https://www.islamtimes.org