0
Friday 8 July 2011 - 01:26

İntihar və qətllərin sayı hər gün artmaqdadır

Story Code : 83667
İntihar və qətllərin sayı hər gün artmaqdadır
İntihar və qətllərin sayı hər gün artmaqdadır
Rayon polis şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə bu gün axşam saatlarında Qazax rayonunun Abbasqulubəyli kənd sakini 1976-cı il təvəllüdlü Rəsulov Rəşad Hidayət oğlunun meyiti Bakı-Qazax avtomobil yolunun kənarındakı su arxının yanından, Ağdaşın Güvəkənd kəndi ərazisindən tapılıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsindən APA-ya verilən məlumata görə ağır kəllə-beyin travması almış R.Rəsulovun avtomobil vurması səbəbindən ölməsi ehtimal olunur. Hazırda meyit müayinə edilir və onun başqa yerdə öldürülərək Güvəkənd kəndinin ərazisinə atılması güman olunur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa/
Comment