QR CodeQR Code

Dünya şokda - Təkcə Məşhəddə milyonlarla insan şəhidi qarşılamağa çıxdı (Fotolar)

IslamTimes , 5 Jan 2020 20:00

İslamTimes: Bu gün şəhid Qasim Süleymaninin cənazəsi İranın Məşhəd şəhərinə gətirilib


Terrorçu ABŞ dövlətinin İraqda raketlə hədəfə alaraq, qətlə yetirdiyi general Qasim Süleymaninin cənazəsi İranın Məşhəd şəhərinə gətirilib. Milyonlarla insan əfsanəvi generalın cənazəsi gətirilməzdən saatlarca öncədən küçələrdə onun yolunu gözləyiblər. 
Bütün dünyada kütləvi informasiya vasitələri bu əzəmətli vida mərasimindən görüntülər yayımlayaraq, tarix belə bir hadisə görməyib yazıblar.
Şəhidlə vida mərasimində diqqət çəkən posterlərdən biri bu olub: "Ey ABŞ, generalın şəhid olması, sizin üçün onun sağ vaxtından daha qorxulu olacaq".
Qeyd edək ki, şəhid Qasim Süleymaninin cənazəsi sabah Tehran və Qum şəhərlərinə aparılacaq, daha sonra o Kirman şəhərində dəfn ediləcək.




Story Code: 836735

News Link :
https://www.islamtimes.org/az/news/836735/dünya-şokda-təkcə-məşhəddə-milyonlarla-insan-şəhidi-qarşılamağa-çıxdı-fotolar

Islam Times
  https://www.islamtimes.org