0
Friday 8 July 2011 - 08:21

Hollandiya Əfqanıstana əlavə hərbi birləşmə göndərib

Story Code : 83674
Hollandiya - Əfqanıstan
Hollandiya - Əfqanıstan
Bu barədə ölkənin müdafiə naziri Hans Hillen məlumat verib.

Göndərilən qrupun vəzifəsi Qunduz əyalətində əfqan polislərinə təlim keçirilməsidir.

Niderland NATO-ya Əfqanıstanda 1600 nəfərlik hərbi birləşmə saxlamağa söz versə də, ölkə rəsmilərinin fikrincə, krallıq 2014-cü ilədək döyüş bölgəsinə 545 nəfər göndərə biləcək. Səbəb isə hökumətin hərbi missiyanın genişləndirilməsi proqramını təsdiq edə bilməməsidir. İndiyədək Əfqanıstanda 24 holland əsgəri həlak olub.
Source : apa
Comment