QR CodeQR Code

Seyid Həsən Nəsrullahdan sərt çıxış

IslamTimes , 5 Jan 2020 22:54

İslamTimes: Qasim Süleymaninin ayaqqabısı Trampın başından daha dəyərlidir


Hizbullah Təşkilatının rəhbəri Seyid Həsən Nəsrullah bugünki çıxışında deyib: Bu gün Hacı Qasim Süleymani, Əbu Mehdi əl-Mühəndis və digər şəhidlərin anım günüdür. General Süleymaninin şəhadəti ilə tarixdə yeni bir shəhifə açılacaq. Bu yeni tarix təkcə İran və İraq üçün deyil, bütün məntəqə üçün olacaq. General Süleymani öz şəhadəti ilə hədəfini gerçəkləşdirmiş oldu. Düşmənimizin əldə edə biləcəyi ən son hədəf bizi qətlə yetirməkdir. Amma onlar anlamır ki, şəhidlik bizim nail ola biləcəyimiz ən uca məqamdır!
Hizbullahın baş katibi bildirib ki, Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin Suriya və İraqda İŞİD-in məhvində əvəzolunmaz rolu olmuşdu.
Seyid Həsən Nəsrullah deyib: İranın Müqavimət Cəbhəsindən intiqam gözləntisi yoxdur. Amma biz özümüz gərək ədalətli şəkildə intiqam alaq. Ədalətli intiqam dedikdə, onlardan Hacı Qasim səviyyəsində birinin aradan götürülməsini nəzərdə tuturam. Amma general Süleymani səviyyəsində seçim kim ola bilər? ABŞ müdafiə naziri, ordu komandanı, yoxsa prezident Tramp özü? General Süleymaninin ayaqqabısı Trampın başından daha dəyərlidir!


Story Code: 836751

News Link :
https://www.islamtimes.org/az/news/836751/seyid-həsən-nəsrullahdan-sərt-çıxış

Islam Times
  https://www.islamtimes.org