QR CodeQR Code

İraq ABŞ-dan Təhlükəsizlik Şurası və BMT-yə şikayət etdi

IslamTimes , 5 Jan 2020 23:20

İslamTimes: İraq Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkənin hərbi hissələrinə hücumuna və hərbçiləri qətliam etdiyinə görə Təhlükəsizlik Şurası və BMT-yə şikayət ünvanlayıb


İraq Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, İraq rəsmi şəkildə BMT baş katibinə və Təhlükəsizlik Şurasına şikayət ünvanlayıb. Şikayətin səbəbi ABŞ-ın İraqın hərbi bazalarına hücum edərək İraq ordusunun 50-dən çox üzvünü qətlə yetirməsi, bir neçə gün sonra yenidən hava limanı yaxınlığına hava hücumu təşkil edərək İraq ordusu komandirləri və müttəfiqlərini qətlə yetirməsidir.
Cümə günü Qüds Qüvvələrinin komandiri general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və iraqlı komandir Əbu Mehdi əl-Mühəndis ABŞ-ın Bağdad hava limanına vəhşicəsinə hücumu zamanı şəhid olublar.
Qeyd edək ki, ABŞ xalqı Twitter sosial şəbəkəsində "İran başın sağolsun, biz özümüz də Trampın kim olduğunu anlamırıq", "İran bağışla, müharibə başlatma" kimi mesajlar yazaraq, Trampın bu ağlasığmaz qərarına qarşı olduqlarını bildiriblər.


Story Code: 836755

News Link :
https://www.islamtimes.org/az/news/836755/iraq-abş-dan-təhlükəsizlik-şurası-və-bmt-yə-şikayət-etdi

Islam Times
  https://www.islamtimes.org