QR CodeQR Code

Trampla danışdıq, sonra Süleymani öldürüldü - Ərdoğan

6 Jan 2020 09:34

İslamTimes: General Qasim Süleymani özünü təsdiqləmiş bir insan idi


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalına müsahibəsində deyib. O, hadisəyə İran tərəfindən qarşılıq verilə biləcəyini deyib:
“Düşünürəm ki, bir ölkənin ən yüksək rütbəli bir komandirini öldürmək təbii ki, qarşılıqsız qalmaz. Bu, təəssüf ki, bölgədəki gərginliyi artıran bir addım oldu”.
Ərdoğan Qasim Süleymaninin şəhadətə çatdığı gün ABŞ prezidenti Donald Trampla aralarında telefon danışığı baş tutduğunu bildirib:
“Biz o axşam Trampla danışdıq, 4-5 saat sonra bu hadisə baş verdi. Demək ki, məsələ planlaşdrılmışdı. Xəbəri eşidəndə şok olduq...”


Story Code: 836788

News Link :
https://www.islamtimes.org/az/news/836788/trampla-danışdıq-sonra-süleymani-öldürüldü-ərdoğan

Islam Times
  https://www.islamtimes.org