QR CodeQR Code

ABŞ fitnəkarlığına davam edir

8 Jul 2011 15:34

IslamTimes - ABŞ-ın Dəməşqdəki səfirinin Hama şəhərinə səfərindən sonra, Suriya ABŞ-ı daxili işlərə qarışmaqda günahlandırıb


FaktXeber-in verdiyi məlumata görə, ABŞ-ın Dəməşqdəki səfiri Robert Ford, Suriyada müxalifətin "qala" mövqeyində olan Hama şəhərinə səfər edib. Bu gün də şəhərdə qalacaq Fordun səfəri, Dəməşq-Vaşinqton xəttində yeni gərginliyə səbəb olub. 

Suriya Xarici İşlər Nazirliyi, səfirin ziyarətinin, ABŞ-ın ölkədə davam edən etirazlarda barmağı olduğunun açıq dəlili olduğunu söyləyib. 

ABŞ Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamada, ziyarətin nümayişçilərlə həmrəylik nümayişi olduğunu söyləmişdi. Rəsmi Vaşinqton, səfir Fordun bu günü də şəhərdə keçirməyi planlaşdırdığını qeyd edib. 


Story Code: 83713

News Link :
https://www.islamtimes.org/az/news/83713/abş-fitnəkarlığına-davam-edir

Islam Times
  https://www.islamtimes.org